AZ EN RU

GƏNCƏ FİLİALI

Azərbaycan Respublikası prezidentinin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmillədirmə İnstitutu və Gəncə şəhəri təsərrüfat hesabı Məişət Kollecinin bazasında Gəncə filialı yaradılmışdır.

2000-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi və ümumi fənlər və onların tədrisi metodikası kafedrası fəaliyyətə başlamışdır.

28. VIII. 2000-ci ildən Təhsil Nazirinin İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyat və informatika , İbtidai İbtidai təhsil ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasənfilialın İbtidai təhsil (Azərbaycan və rus bölmələri). Məktəbəqədər təhsilin pedaqogikası və metodikası ixtisaslarından eksperiment üsulu tətbiq olunmağa başlanmışdır.

Filialın rəhbəri 03.XII. 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən Ümumi fənlər və onların tədrisi metodikası kafedrasının bazasında ilkin kadr ha¬zırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır.
  1. Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası;
  2. Təbiət fənləri kafedrası;
  3. Humanitar, sosial və iqtisadi fənnlər kafedrası;
  4. Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası;
  5. Ümumi fənlər və onların tədrisi metodikası kafedrası;
  6. Təhsilin təşkili və idarə olunması kafedrası;

2008/2009-cu tədris ilindən kredit sistemi ilə təşkil edilməsi ilə əlaqədar olaraq fililada Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi kabineti yaradılmışdır. Hal-hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir.

2006-cı ildə Humanitar, sosial və iqtisadi fənlər kafedrası və Təhsilin təşkili və idarə olunması kafedralarının əvəzinə, Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası və Xarici dillər kafedraları yaradılmış, təbiət fənləri kafedrasının adı dəyişdirilərək İctimai və təbiət fənləri adlandırılmışdır.


AĞCABƏDİ FILIALI

13 iyun 200-ci ildə ulu öndər heydər Əliyevin Azərbaycan Respublikasında təhsil sistemini təkmilləşdirmək haqqında fərmanına əsasən ADPU-nun keçmi filialının bazasında Ağcəbədi filialı yaradılmışdır. 2000-ildə AMİ-nin ilkin Ağcəbədi filialına 100 nəfər tələbə qəbulu fərmanına əsasən ilkin kadr hazırlığı əyani olmaqla yalnız iki ixtisas müəyyənləşdirilmişdi. İbtidai təhsilin pedaqogikası və metodikası və Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 82 01-24 saylı məktubu əsasında ADPU-nun, Şuşa, Qazax, Şamaxı və BDU-nun Şəki filiallarındakı İbtidai təhsilin pedaqogikası və metodikası və Məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültələri həmin filialaların bazasında yaradılmış Ağcəbədi , Şamaxı, Şəki və Qazax filiallarına keçmidilər. Filialda bir pedaqoji fakültə, əvvəllər təkcə Pedaqogika və psixologiya, 2 il sonra isə Riyaziyyat və onun tədrisi metodikası və Ana dili və onun tədrisi metodikası kafedraları fəaliyyət göstərməyə başladı. Hal-hazırda filialda 4 kafedra Ana dili, ədəbiyyat və onların tədris metodikası, Riyaziyyat, Fizika və onları tədris metodikası ümumi elmi fənlər və Humanitar fənlər kafedraları fəaliyyət göstərir.

2001-ci ildən indiyənə kimi təhsilin bakalavr pilləsi ilə yanaşı filialda ixtisaslaşmış fənn kabinetləri və ixtisasartırma və yenidənhazırlanma fakultəsi də fəaliyyət göstərir. Filialın dislokasiyasına daxil edilmiş əvvələr 10, indi isə 8 rayona pedaqoji işlərinin yenidən hazırlanması və ixtisaslarının artırılması müvəffəqiyyətlə aparılır.

AMİ-ni Ağcəbədi filialında son illərdə görülmüş işləri qeyd edərkən 1çox məsələyə diqqət yetirmək çox vacibdir. Məlumdur ki, Ağcəbədi filialı, yəni keçmiş Xankəndi pedaqoji institutunun əsasında yaranmış bu filial haqqında ümummilli liderimiz Heydər Əliyev iki dəfə (1973,200-ci illərdə) sərəncam vermişdir. Bu filial ulu öndərin mənəvi övladıdır. Hazırda filialda ulu öndərin adını daşıyan Heydər Əliyev göstərilməsi və Heydər Əliyev dərsləri fəaliyyət göstərir.


Cəlilabad filialı

Cəlilabad filialı Aazərbaycan prezidentinin Azərbaycan Respublikasında Təhsil sisteminin təkminləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikomunun Bazasında yaradılmışdır. İlk tədris ilində filiala 2 ixtisas – “İbtidai təhsilin pedaqigikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqigikası və metodikası” üzrə qəbul planı verilmişdir.

Hazırda filialda aşağıdakı ixtisaslar üzrə ilkin kadr hazırlığı aparılır:
  1. «İbtidai təhsilin pedaqogikası və metodikası»
  2. «Məktəbəqədər təhsilin pedaqojikası və metodikası»
  3. «Tarix»
  4. «Azərbaycan dili və ədəbiyyatı»
  5. «Tarix və coğrafiya»

Filialda üç kafedra- ixtisas fənləri, təbiət və riazi fənlər və ümumelmi fənlər kafedrası fəaliyyət göstərir.

Filial eyni zamanda filialın dislokasiyasına daxil olan rayonların pedoqoji kadırlarının ixtisaslarının artırılması və yenidənhazırlanması ilə məşğul olur. Dislokasiyaya daxil olan 7 rayon üzrə ixtisasartırma kursları və yenidənhazırlama təhsili təşkil edilmişdir.


Qazax filialı

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında Təhsil sisteminin təkminləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə yaradılmışdır.

Qazax filialı 2000-2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində İbtidai təhsilin pedoqpjikası və metodikası, Məktəbəqədər təhsilin pedoqpjikası və metodikası, Tarix və hüquq ixtisasları üzrə ali peedoqoji təhsili mütəxəssislər hazırlanması, pedoqoji kadırlarının ixtisasının artırılması,təkminləşməsi və yenidənhazırlanması təhsilini həyata keçməklə başlamışdır.

2000-2001-ci tədris ilini filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır.

Respublika Təhsil Nazirliyi 457 saylı 14.06.1999-cu il tarixli Ekseriment aparılması barədə, 609 saylı 21.07.2000-ci il tarixli Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə və 640 saylı 10.19.99-cu il tarixli Tələbələrin biliyinin qiymətləndirilməsinin şoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi Təhsil Nazirliyinin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə Təhsil Nazirliyi tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır.

Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11-14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin ibtidai təhsilinin pedaqogika və metodikası ixtisasının 291 tələbəsi, o cümlədən, əyani 218, qiyabi 73 nəfər fikliala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur və bununla əlaqədar olaraq, filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra:
  1. Riyaziyyat və texniki fənlər;
  2. Azərbaycan və ədəbiyyat;
  3. Pedaqogika və ictimai fənlər;
  4. Tibbi biliklərin əsasları və bədən tərbiyəsi yaradılmışdır.
Hal-hazırda filialda iki fakültə ilkin müəllim hazırlığı və Ixtisasartırma və yenidənhazırlanma fakültəsi, beş kafedra – Humanitar fənlər, Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası, Riyaziyyat və informatika, Xarici dillər, Ümumi fənlər kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet - Əlavə təhsilə metodik xidmət kabineti, Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti, Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti və iki laboratoriya – Təbiət elmləri laboratoriyası və Folklor laboratoriyası, Kampyuter mərkəzi fəaliyyət göstərir.

Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirir.


Quba filialı

AMİ-nin Quba filialı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.2000-ci il tarixli 836 saylı əmri ilə ADMIU Quba məntəqəsinin bazasında yaradılmışdır. Yaradıldığı ildə filialın tələbə kontingenti 15 nəfərdən ibarət idi. Sonrakı illərdə filialın tələbə kontingentinin artması ictimai əsaslarla fəaliyyət göstərən Təbiət fənləri, Pedaqoji fənlər, Humanitar fənlər kafedralarının yaradılması ilə nəticələndi.

2001-2002-ci tədris ilində filialda Elmi Şura və Tələbə Elmi Cəmiyyəti yaradıldı.

Filialda iki fakültə- pedaqoji və filalogiya fakültələri fəaliyyət göstərir. Pedaqoji fakültədə 3 ixtisas – İbtidai təhsilin pedaqogikası və metodikası, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, Tarix- coğrafiya ixtisasları üzrə ilkin kadr hazırlığı aparılır.

Filialda həmçinin 3 kafedra – Pedaqoji və ictimai fənlər kafedarası, Təbiət fənləri və tədrisi metodikası kafedrası , Ədəbiyyat və dillər kafedrası, 4 kabinet Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti, Əlavə təhsil kabineti, innovasiya və dayaq məntəqələri ilə iş kabineti, Kampyuter kabineti fəaliyyət göstərir.

Hal-hazırda filialda tələbə kontingentinin artırması ilə əlaqədar təbiət fənləri və tədrisi metodikas, Pedaqoji və ictimai fənlər, Azərbaycan dili və ədəbiyyat kafedraları fəaliyyət göstərir.


Mingəçevir filialı

Mingəcevir filialı məktəbəqədər tərbiyə və müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentini 13 iyun 2000-ci il tarixli Azərbaycan Respublikasında «Təhsil sisteminin təkmilləşdirilməsi haqqında» fərmanına əsasən açılmışdır.

Filialda 3 fakültə-pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası, ixtisasartırma və yenidən; 5 kafedra-riyaziyyat və informatika, təbiət fənləri, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası,s xarici dillə, pedaqoji və ictimai fənlər kafedrası vardır.

Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika, riyaziyyat və fizika, məktəbəqədərtəhsilin pedaqojikası və metodikası, Aazərbaycan dili və ədəbiyyat,ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılır.

Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkminləşdirilməsidir. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax,Göyçay, Ağdaş, Ucar, Bərdə,Tərtər) pedaqoji kadırları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkminləşdirmə təhsilinə cəlb olunurlar.


Sumqayıt filialı

AMİ-nin Sumqayıt filialı 2000-ci ildə ümummili lider H.Əliyevin fərmanı ilə Sumqayıt politexnik tenikomunun bazasında yaradılmışdır.

Filial fəaliyyətinə keçmiş Politexnik texnikomunun ikimərtəbəli üç tədris korpusundan ibarət tədris üçün yararsız olan və o zamanlar qarışıq-parəkəndə köçkünlər məskunlaşmış binasında başlamışdır. 2000-2001-ci tədris ilində Təhsil Naziri prof. M.Mərdanovun yaxından köməkliyi ilə inistutun auditorialarında məskunlaşmış məcburi köçkün ailələri ayrıca binaya yerləşdirilmişdir. Sumqayıt filialı bakalavr təhsil pilləsində fəaliyyətinə iki ixtisasdan başlamışdır.

Hal-hazırda institutda 2 fakültə-Pedaqoji və Təbiət humanitar cfənlər fakultələri və 6 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsi üzrə iki fakültədə 5 ixtisas üzrə 880 nəfərdən çox tələbə təhsil alır.

Filialda müasir tələbələrə cavab verən iki komputer otağı və İnternet xidməti tələbələrin və istifadəsindədir. Filialda aşağdakı ixtisaslar üzrə kadr hazırlanır: məktəbəqədər təhsilin pedaqojikası və metodikası, ibtidai təhsilin pedaqojikası və metodikası, riyaziyyat və informatika, tarix-coğrafiya, anadili və ədəbiyyat.

Filialın ikinci əsas fəaliyyət sahəsi olan əlavə təhsil fakültəsi özündə pedaqoji işşçilərin diplomdan sonrakı təhsilini tənzimləyir; Yəni, pedaqoji işçilər filialda təhsillərini təkminləşdirir, ixtisaslarını dəyişə bilirlər.

Hər tədris ili müxtəlif ixtisaslar üzrə 100-120 nəfərə qədər müəllim ixtisasartırma kurslarına cəlb edilir.

Müəllimlərin diplomdan sonrakı təhsilini tənzimləmək üçün filialın Xızı, Siyəzən, Abşeron, Qubadlı və Sumqayıt şəhərlərində dislokasiya yaradılmışdır. Hər tədris ili 400-500 nəfərə qədər müəllim ixtisasartırma kurslarını müvafiq dislokasiya mərkəzlərində keçirirlər.

Filialda müəllimlərin ixtisasartırma və yenidənhazırlanmasına xidmət edən 4 kabinet yaradılmışdır.

Filialda həmçinin kollegial idarəetmə orqanı olan Elmi Şura, Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.


Şamaxı filialı

13 iyun 2000-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasında təhsil sistemini təkminləşdirmək haqqında fərmanına əsasən ADPU- nun keçmiş Şamaxı filialının bazasında AMİ Şamaxı filialı yaradılmış və ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən İnbtidai təhsilin pedaqogikası və metodikası ixtisası da fəaliyyətə başlamışdır.

2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunur.

2007-ci ildə Ümumelmi fənlər kafedrası yaradılır.

Şamaxı filialının fəaliyyətində dayaq məntəqələri vasitəsilə müəllimlərin təkmilləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılır, qabaqcıl müəllimlərin iştirakı ilə dəyirmi stolun təşkili və qabaqcıl iş təcrübəsinin öyrədilməsinin digər vasitələrindən geniş şəkildə istifadə olunur.

Hal-hazırda filialda təhsil üzrə 3 kabinet – “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş”, “Əlavə təhsil xidmət” və “Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi” kabinetləri fəaliyyət göstərir.



Şəki Filialı

AMİ-nin Şəki fililalı 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Bakı Dövlət Universitetinin və Azərbaycan Pedaqoji Kadırlarının İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filiallarının bazasında yaradılmışdır.

Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır.

Filialda 4 kafedra humanitar elmlər, ümumi fənlər, təbiət elmləri və tədris metodikası və dillər kafedrası fəaliyyət göstərir.

AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanır:
  1. Azərbaycan dili və ədəbiyyat
  2. Tarix və coğrafiya
  3. Xarici dil (İngilis dili)
  4. Riyaziyyat və fizika
  5. İbtidai təhsilin pedaqojikası və metodikası
  6. Məktəbəqədər təhsilin pedaqojikası və metodikası
Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxildir.

Şəki Filialda 2001 – ilin yanvar ayında Pedaqoji kadırların yenidənhazırlnması kabineti ilə təşkil olunmuş, 2006 – cı ilin noyabr ayında ixtisasartırma kabineti ilə birləşdirilmişdir.

Filial yenidənhazırlanma kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.


Salyan filialı

Filial ulu öndər H.Əliyev cənablarının 13 iyun 2000 – ci il tarixli fərmanı və Nazirlər Kabinetinin bu fərmanla əlaqədar 22 iyun 2000 – ci il tarixli 124 S nömrəli sərəncamı ilə məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının atrılılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Salyan şəhərində Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dayaq məntəqələri şəbəkəsinin yaradılması barədə 30 noyabr 2000-ci il tarixli əmri əsasında pedaqoji kadrların ixtisasının artırılması məqsədilə AMİ-də və filiallarında dayaq məntəqələrinin dislokasiyası yaradılmış və Salyan filialının dislokasiyasına Salyan, Əli Bayramlı, Neftçala və Hacıqabul rayonları daxil edilmişdir.

2001-ci ildə filialda Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası, həmçinin müəllimlərin yenidən hazırlanması, ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədi ilə fakültələr yaradılmışdır.

2003/2004 –cü tədris ilində ixtisasartırma təhsili üzrə 21 qrup fəaliyyət göstərmiş, 520 nəfər müdavim ixtisasını artırmışdır.

2003 –cü ildə Tələbə Elmi Cəmiyyəti yaradılmışdır.

3 fevral 2006- cı ildə filialın nəzdində aşağıdakı kafedralar yaradılmışdır:

  1. Humanitar fənlər və onların tədrisi metodikası
  2. Riayziyyat, təbiət – texniki fənlər və onların tədrisi metodikası


Zaqatala filialı

Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı keçmiş Zaqatala Politexnik Texnikumunun bazasında 9 ildir ki, fəaliyyət göstərir. Filialın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunvericiliyinə, Təhsil qanununa, Baza İnstitutunun Nizamnamə və Əsasnaməsinə əsaslanır.

2000-2001- ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazinsinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır.

2006 –cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərir. Birinci tədris ilindən İbtidai təhsilin pedaqogikası və metodikası 2000-2001-ci tədris ilindən Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, 2002-2003-cü tədris ilindən Riyaziyyat-fizika, 2003-2004- cü tədris ilindən Azərbaycan dili və ədəbiyyat və Tarix, 2006-2007-ci tədris ilindən isə Tarix-coğrafiya ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, İbtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat - fizika, Tarix, Tarix-coğrafiya ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılır.

28 noyabr 2006-cı il tarixli 02/68 nömrəli əmr ilə filialda Direktoryanı Şura yaradılmışdır. Hal-hazırda Şuranın tərkibi 13 nəfərdən ibarətdir.

Zaqatala filialında 01 avqust 2003-cü il tarixdən 2 kafedra- Hümanitar fənlər və onların tədrisi metodikası və Təbiət fənlər və onların tədrisi metodikası kafedraları fəaliyyət göstərir.

AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərir:
  1. Əlavə təhsil kabineti
  2. Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti
  3. Kredit sistemi kabineti
Filialda yenidənhazırlanma və ixtisasartırma təhsilinin təşkili ilə bağlı əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edir.

Təhsil Nazirliyinin 26.04.2002 tarixli 23 saylı əmrinə əsasən filial və əhatə etdiyi RTŞ-ləri arasında dayaq məntəqələri şəbəkəsi yaradılmışdır.

AMİ-nin Zaqatala filialında 03 mart 2008- ci il tarixdən etibarən Kredit sistemi kabineti fəaliyyət göstərir.